Haniyənin necə öldürülməsi ilə bağlı iddia
İsmayıl Haniyə Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "New York Times" bir çox mənbəyə istinadən xəbər verir.
Məlumata görə, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib və onun otaqda olduğu təsdiqləndikdən sonra uzaqdan partladılıb.