Harrisin vitse-prezidentliyə 3 POTENSİAL NAMİZƏDİ
ABŞ prezidentliyinə namizəd Kamala Harris Demokratlar Partiyasından vitse-prezidentliyə potensial namizəd ola biləcək üç şəxs üzərində düşünür.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Mənbələr bildirib ki, artıq qısa siyahı da tərtib edilib. Buraya ölkə daxilində məşhur olan üç məmur daxildir:
- Arizona ştatının senatoru Mark Kelli
- Pensilvaniya qubernatoru Coş Şapiro
- Minnesota qubernatoru Tim Valz.