Havaya atəş açmaq istədi, oğlunu vurdu

Cümhuriyyətinin 100 illiyi bütün Türkiyədə coşğu ilə qeyd olunur.

Havaya atəş açmaq istədi, oğlunu vurdu
Cümhuriyyətinin 100 illiyi bütün Türkiyədə coşğu ilə qeyd olunur.

meqale.com Gundem.az-a istinadən xəbər verir ki, bayramı təntənə ilə qeyd edən Bursa sakinləri arzuolunmaz bir hadisə yaşayıblar. 

Belə ki, şənlik zamanı havaya atəş açan Yaşar B. səhvən skamyada oturan oğlu Furkan B.-ni vurub. Nəticədə gənc oğlan boynundan yaralanıb. Ətrafdakı insanlar tərəfindən xəstəxanaya aparılan Furkan B.-nin səhhətinin yaxşı olduğu öyrənilib.

Yaşar B. saxlanılıb, jandarma hadisə ilə bağlı araşdırma aparır.