Hazal Kaya əməliyyat olundu

Türkiyəli aktrisa Hazal Kaya əməliyyat keçirib.

Hazal Kaya əməliyyat olundu
Türkiyəli aktrisa Hazal Kaya əməliyyat keçirib.

meqale.com Türkiyə mediasına istinadən xəbər verir ki, bel yırtığı problemindən əziyyət çəkən aktrisa əməliyyat olunduğunu bildirib. 

Bununla da Hazal 2008-ci ildən əziyyət çəkdiyi problemindən qurtulduğunu deyib.

Xatırladaq ki, Hazal Kaya ilk olaraq adını "Aşk-ı Memnu" serialı ilə məşhurlaşdırmışdı.