Həcc ziyarəti üçün sənəd qəbuluna başlanıldı

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.

Həcc ziyarəti üçün sənəd qəbuluna başlanıldı
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsindən meqale.com-a verilən xəbərə görə, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.