HƏMAS girov saxladığı ABŞ vətəndaşlarını azad etdi
Fələstinin radikal "HƏMAS" hərəkatı bildirib ki, onun silahlı qanadı "İzzəddin əl-Qəssam" briqadaları İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, azad edilən ana və onun qız övladıdır.
İsrail ordusunun məlumatına görə, "HƏMAS" Qəzza zolağında 203 mülki vətəndaşı girov saxlayır.