HƏMAS-ın azad edəcəyi girovların adlarını açıqladı
İsrail tərəfi Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən azad ediləcək girovların adlarının ilkin siyahısını alıb.
meqale.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi "X" sosial şəbəkəsində məlumat yayıb.
"İsrail adların ilkin siyahısını aldığını təsdiq edir. Rəsmilər siyahının təfərrüatlarını yoxlayır və girovların ailələri ilə əlaqə saxlayır", - bəyanatda deyilir.