HƏMAS-ın İsrailə hücumu nəticəsində 29 amerikalı həlak olub

Fələstinin radikal HƏMAS hərəkatı yaraqlılarının İsrailə hücumu nəticəsində ABŞ-ın azı 29 vətəndaşı həlak olub, daha 15 nəfər itkin düşüb.

HƏMAS-ın İsrailə hücumu nəticəsində 29 amerikalı həlak olub
Fələstinin radikal HƏMAS hərəkatı yaraqlılarının İsrailə hücumu nəticəsində ABŞ-ın azı 29 vətəndaşı həlak olub, daha 15 nəfər itkin düşüb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

"Hazırda (HƏMAS-ın hücumu nəticəsində) ABŞ-ın 29 vətəndaşının öldüyünü təsdiqləyə bilərik", - Amerikanın xarici siyasət idarəsi qeyd edib: "Bizə ABŞ-ın 15 vətəndaşının, həmçinin İsraildə daimi yaşayan 1 nəfərin itkin düşməsi məlumdur".