HƏMAS-ın “komando"larının qərargahı məhv edildi
İsrail Müdafiə Ordusu HƏMAS qruplaşmasının "komando"larının yerləşdiyi qərargahı məhv edib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, daha bir yüksək vəzifəli şəxsini zərərsizləşdirib.
Məlumata görə, bu silahlı dəstə oktyabrın 7-də İsrailin sərhədyanı bazalarına və dinc sakinlərinə kütləvi hücum edib.
Vurğulanıb ki, HƏMAS-ın "Rəfah" hərbi dəniz qüvvələrinin komandiri Əbu Şamla da oktyabrın 12-də gecə əməliyyatında zərərsizləşdirilib. Məlumata görə, onun evi hərbi dəniz qüvvələrinin silah anbarı kimi istifadə edilirmiş.