“HƏMAS-ınız mübarək!”: bu torbaya görə şirkət tənqid atəşinə tutuldu

Avstraliyada Milad bayramı üçün hazırlanmış çantanın təcili olaraq satışdan çıxarılması tələb olunub.

“HƏMAS-ınız mübarək!”: bu torbaya görə şirkət tənqid atəşinə tutuldu
Avstraliyada Milad bayramı üçün hazırlanmış çantanın təcili olaraq satışdan çıxarılması tələb olunub.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Vetçina satmaq üçün üzərində kreativ abreviatur yazılmış torba hazırlayan şirkət istehlakçılar tərəfindən tənqid atəşinə tutulub.

İstehlakçıların narazılığına səbəb torbanın üzərində "Happy Ham-mas!" (HƏMAS-ınız mübarək!) ifadəsinin yazılması olub.

Qeyd edək ki, söhbət ingilis dilində "ham" - "vetçina" və qısaldılmış "Christmas" - "Milad" sözlərindən gedir. Əslində müəllifin ideyası sadəcə tematik çantada vetçina satmaq olub.

Şirkət artıq üzr istəyib və həmçinin qeyd edib ki, məhsulu hazırlayarkən bütün nəticələrini açıq şəkildə nəzərdən keçirməyib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun