HƏMAS israilli girova öz məzarını qazdırdı - VİDEO
HƏMAS təşkilatı İsrailə psixoloji təzyiq məqsədilə yeni bir təbliğat videosu yayımlayıb.
meqale.com xəbər verir ki, kadrlarda israilli girov Ovyatar Davidin olduqca arıqladığı, qidalanma çatışmazlığı yaşadığı və ciddi fiziki-psixoloji vəziyyətdə olduğu görünür.
Videoda Davidin öz məzarını qazmağa məcbur edilməsi beynəlxalq ictimaiyyətdə geniş rezonansa səbəb olub. Bu görüntülər bir çox insan haqları təşkilatları və rəsmi qurumlar tərəfindən işgəncə və psixoloji zorakılıq nümunəsi kimi qiymətləndirilib.