HƏMAS israilli girovu BMT binalarında saxlayıb?

Fələstinin HƏMAS hərəkatının döyüşçüləri İsrail girovlarından biri olan Emili Damarini fəaliyyəti əvvəllər İsraildə qadağan edilmiş BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) binalarında saxlayıblar.

HƏMAS israilli girovu BMT binalarında saxlayıb?
Fələstinin HƏMAS hərəkatının döyüşçüləri İsrail girovlarından biri olan Emili Damarini fəaliyyəti əvvəllər İsraildə qadağan edilmiş BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) binalarında saxlayıblar.

meqale.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə yanvarın 19-da azad edilən qızın anası Mendi "X" sosial şəbəkəsində bildirib.

"HƏMAS Emilini UNRWA binalarında saxlayıb, iki dəfə qızımı yaralayıb və tibbi yardımdan məhrum edib. Onun sağ qalması möcüzədir", - deyə o yazıb.

Bu məlumata cavab olaraq UNRWA-nın nümayəndəsi Conatan Fauler bildirib ki, təşkilat bu iddialara ciddi yanaşacaq.

"Biz dəfələrlə UNRWA binalarının HƏMAS da daxil olmaqla Fələstin silahlı qrupları tərəfindən sui-istifadəyə məruz qalması ilə bağlı müstəqil araşdırmaların aparılmasına çağırış etmişik", - deyə o əlavə edib.

Daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat vermişdi ki, Damari 7 oktyabr 2023-cü ildə HƏMAS-ın silahlı tərəfdarlarının İsrailə hücumu zamanı yaralanarkən iki barmağını itirib, daha sonra Qəzzada girov götürülüb.

Yanvarın 25-də yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Dani Danon dünya təşkilatının baş katibinə UNRWA-nın 30 yanvara qədər İsraildəki bütün fəaliyyətini dayandırmalı olduğunu bildirib. Yanvarın 29-da İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinqdə bildirib ki, İsrail 48 saat ərzində UNRWA-nın bütün ofislərini bağlayacaq, təşkilatın nümayəndələri ilə əlaqələri kəsəcək və yəhudi dövlətinin ərazisində onun fəaliyyətini qadağan edəcək. Daha sonra dünya təşkilatı başçısının rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, UNRWA İsraildə qadağan edildikdən sonra da fəaliyyətini davam etdirir.