HƏMAS Qəzzada 33 uşağı girov saxlayır

Qəzzada HƏMAS tərəfindən girov götürülənlərin 33-ü uşaqdır.

HƏMAS Qəzzada 33 uşağı girov saxlayır
Qəzzada HƏMAS tərəfindən girov götürülənlərin 33-ü uşaqdır.

meqale.com xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyiyinin "X" hesabında bildirilib.

Qeyd edilib ki, onların arasında 5 yaşdan az 10 uşaq var.

Qeyd edək ki, İsrail Müdafiə Ordusunun məlumatına görə, Qəzzada ən azı 229 nəfər girov saxlanılır.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.