Həmin fotonun sirri: "Anam bacımı bükdüyümüz o ədyalı... - VİDEO

Uzun illərdir ki, Azərbaycan mətbuatı bir şəkli Xocalı sakinləri kimi təqdim edir. Amma həqiqət başqadır.

Həmin fotonun sirri:
Uzun illərdir ki, Azərbaycan mətbuatı bir şəkli Xocalı sakinləri kimi təqdim edir. Amma həqiqət başqadır.

Bu şəklin də çox maraqlı tarixçəsi var. 24 il əvvəl çəkilmiş fotoda olan şəxs Kəlbəcər rayon sakini Bayramova Həyat Fikrət qızıdır. O hazırda Goranboyun Buzluq kəndi ərazisində, 3 uşağı ilə birgə yaşayır. Maddi vəziyyəti acınacaqlı olan Həyat xanım valideynlərinin qoyub getdiyi evdə tək 3 uşaq böyüdür. Həyat Bayramova 12 yaşında erməni işğalı nəticəsində öz doğma yurdundan ayrı düşür. Mətbuatda böyük səs-küyə səbəb olan həmin foto da məhz o gün çəkilib.