"Həmin gün görüşmüşdük, Azər dedi ki, evə gedim, bir az..."
Müğənni Elçin Cəfərov mərhum dostu, aktyor Azər Baxşəliyevdən danışıb.
meqale.com xəbər verir ki, "Xəzər axşaml" verilişində qonaq olan sənətçi yanvarın 1-də birlikdə olduqlarını bildirib:
"Elşən Orucov yanvarın 1-də təklif etdi ki, yığışaq çörək yeyək. Həm də Azərin məsələsi ilə bağlı ciddi maraqlanaq ki, görək məsələ nə yerdədir. Həmin gün görüşdük, həmişəki kimi dedik-güldük. Müəyyən məsələləri də öyrəndik, Türkiyəyə getməli idi. Sonra dedik ki, birlikdə başqa yerə gedək və başımızı qataq. Azər dedi ki, evə gedim, bir az dincəlim, uzanım. Ağrısını da deyən adam deyildi. Bəstəkar Tərlan Məmmədhüseynov onu evə apardı. Axşam bu kədərli xəbəri eşitdik ki, komaya düşüb".