Həmkarlarından Zülfiyyəyə doğum günü sürprizi - VİDEO

Ötən gün Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günü idi.

Həmkarlarından Zülfiyyəyə doğum günü sürprizi - VİDEO
Ötən gün Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günü idi.

meqale.com olay-a istinadən xəbər verir ki, "Səs Azərbaycan" müsabiqəsininin münsiflərindən biri olan sənətçiyə digər münsif həmkarları Xalq artisti Röya Ayxan, Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən Eldar Qasımov və bəstəkar - müğənni Murad Arif sürpriz hazırlayıblar.

Onlar şounun keçirildiyi məkanın kulisində bir araya gələrək Xanbabayevanı ad günü münasibəti ilə təbrik ediblər.

Zülfiyyə həmkarlarına təşəkkürünü bildirib və onun üçün hazırlanan tortun üzərində olan tacı başına qoyub. Daha sonra sənətçilər oxuyaraq şirniyyatdan dadıblar.