Həndbol üzrə Azərbaycan çempionatı: Lider ən yaxın izləyicisi ilə qarşılaşacaq
Həndbol üzrə Azərbaycan çempionatlarında XI turun təqvimi müəyyənləşib.
meqale.com report.az-a istinadən xəbər verir ki, qadınların liqasında hər iki oyun fevralın 17-də keçiriləcək.
Lider "Qarabağ" çempionatın ortababı sayılan "İdman Akademiyası"nı sınağa çəkəcək. 15 xalla 2-3-cü yerləri bölüşdürən "Azəryol"la "Kür" münasibətlərinə aydınlıq gətirəcəklər.
Kişilərin liqasında isə mərkəzi oyunda lider "Kür" ən yaxın izləyicisi olan "Azəryol"u qəbul edəcək.
XI tur
Qadınlar 17 fevral 10:00. "Qarabağ" - "İdman Akademiyası" 14:00. "Azəryol" - "Kür" Xal durumu: "Qarabağ" - 18 xal, "Kür", "Azəryol" - 15, "İdman Akademiyası" - 8, "Bakı" - 4, "Gənclər Birliyi" - 0.
Kişilər 17 fevral 12:00. "Bakı" - "Qarabağ" 18 fevral 14:00. "Kür" - "Azəryol" 19 fevral 19:00. "Təhsil" - "Dinamo" Xal durumu: "Kür" - 17 xal, "Azəryol", "Bakı" - 12, "Qarabağ" - 11, "Dinamo", "İdman Akademiyası" - 3, "Təhsil" - 2.