Hər gün bu qədər rus əsgəri məhv edirik - Kuzan
Hətta on minlərlə Şimali Koreya əsgəri iştirak etsə belə, Rusiya işğalçı ordusu Ukrayna cəbhə xəttini yarıb keçə bilməyəcək. Ancaq bu vəziyyətdə mübarizə aparmaq daha çətin olacaq.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri ukraynalı hərbi analitik, Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri Sergey Kuzan Rusiyanın koreyalılardan ibarət Buryat xüsusi batalyonu yaratması haqda danışarkən deyib.
O qeyd edib ki, bu gün Ukrayna Müdafiə Qüvvələri tərəfindən rus işğalçıların məhv edilməsi sürəti son dərəcə yüksəkdir.
"Gün ərzində 1000-dən 1400-ə qədər rus əsgəri..."
Qeyd edək ki, "Voll Strit Jurnal" da Qərb kəşfiyyatına istinadla Rusiyanın sentyabr ayında gündəlik itkisinin 1200 nəfərə yaxın (ölü və yaralı) olduğunu bildirmişdi.