Hərbi məktəblərdə təhsil alanlara birdəfəlik ödəmə veriləcək
2024-2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra - ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 manat məbləğində birdəfəlik ödəmə təsis edilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanda əksini tapıb.
2024-2025-ci tədris ilindən başlayaraq Fərmanda nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilməlidir:
ali təhsil müəssisəsi üzrə: 150 manat məbləğində təqaüd; 200 manat məbləğində ailə üzvlərinə maddi yardım; 200 manat məbləğində hesabda yığılan ödəniş; hərbi kolleclər üzrə: 100 manat məbləğində təqaüd; 200 manat məbləğində ailə üzvlərinə maddi yardım; 150 manat məbləğində hesabda yığılan ödəniş; hərbi liseylər üzrə: 50 manat məbləğində təqaüd; 100 manat məbləğində ailə üzvlərinə maddi yardım; 100 manat məbləğində hesabda yığılan ödəniş.
meqale.com