Herş: Netanyahu HƏMAS-ın İsrailə hücum hazırladığını əvvəlcədən bilirdi

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin Həmas hərəkatının İsrail ərazisinə hücum hazırladığını əvvəlcədən bilirdi.

Herş: Netanyahu HƏMAS-ın İsrailə hücum hazırladığını əvvəlcədən bilirdi
İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin Həmas hərəkatının İsrail ərazisinə hücum hazırladığını əvvəlcədən bilirdi.

meqale.com APA-ya istinadən xəbər verir ki, bunu amerikalı publisist, Pulitser mükafatı laureatı Seymur Herş mənbələrə istinadən bildirib.

"Bu həftə məlumatlı bir İsrail rəsmisi mənə Netanhunun 8200 vahidinin qiymətləndirməsini "gördüyünü və oxuduğunu" söylədi". Söhbət 7 oktyabr hadisələrindən xeyli əvvəl HƏMAS-ın İsrail ərazisinə hücuma hazırlaşdığını aşkar edən İsrail kəşfiyyatı 8200-ün məlumatlarından gedir. Bununla belə, The New York Times bu məlumatın Netanyahunun diqqətinə çatdırıldığına dair heç bir əminlik olmadığını bildirir.