Hersoq müraciət etdi: Milli birlik hökuməti quraq
İsrailliləri Fələstin radikallarının hücumları qarşısında birliyə çağırıram.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq xalqa telemüraciətində deyib.
O, bu şərtlərdə müxalif siyasətçilərin iştirakı ilə milli birlik hökumətinin qurulmasının tərəfdarı olduğunu bildirib:
"Xalq, Knesset və birlik hökuməti daxilində birliyin vaxtı çatıb".
Qeyd edək ki, İ.Hersoq ötən gün də X hesabından əhaliyə çağırış edib.