Hesablama Palatası Naxçıvanda 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 6 yoxlama zamanı 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb.

Hesablama Palatası Naxçıvanda 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb
Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 6 yoxlama zamanı 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü il ərzindəki fəaliyyətin yekunlarına və gələcək hədəflərə həsr olunan mətbuat konfransında deyib.

"Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 6 yoxlama zamanı 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb. Qeyd olunan vəsaitin 5,6 milyon manatı əməyin ödənilməsi, 14,7 milyon manat qeyri-əmtəə əməliyyatları, 8,5 milyon manat kənd təsərrüfatı sahəsində subsidiyalar, 94,5 milyon manat isə digər maliyyə pozuntuları ilə əlaqədar olub", - o deyib.