Həyat yoldaşını və baldızını bıçaqladı - Şamaxıda CİNAYƏT, SAXLANILAN VAR

Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.

Bu barədə meqale.com-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.