“Heydər Əliyev adına təqaüd”ün verilməsi üçün komissiyalar yaradılacaq

Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə "Heydər Əliyev adına təqaüd"ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq.

Bu barədə meqale.com-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Müsabiqə komissiyaları tərəfindən Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılacaq (bir neçə namizədin göstəriciləri eyni olduqda komissiya tərəfindən əlavə seçim meyarları tətbiq edilə bilər).