Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO
Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi, eyni zamanda birgə layihələrin icra olunmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib. Fondun prezidenti Mehriban xanım Əliyevanın ICESCO-nun xöşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb. Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri, xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib. 2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Heydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığı işlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeyd olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.

Daha sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şuşada tarixi-dini abidələri ziyarət edib, burada işğal zamanı törədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.