Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyli ilə görüşüb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi xəbər yayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.