Hindistan bu Çin məhsullarını qadağan etdi
Hindistan təhlükəsizlik sistemində zəiflikdən ehtiyat etdiyi üçün hərbi pilotsuz uçuş aparatı (PUA) istehsalçılarına Çin detallarından istifadəni qadağan edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi müdafiə və sənaye müəssisələrinin nümayəndələrinə istinadən məlumat yayıb.
Tədbir Nyu-Dehlidə həyata keçirilən və pilotsuz uçuş aparatlarının daha geniş istifadəsini nəzərdə tutan modernizasiya fonunda görülüb.
Bildirilib ki, Hindistanın təhlükəsizlik xidmətinin rəhbərləri kəşfiyyat məlumatlarının Çindən gətirilən detallar, o cümlədən, kamera, radioötürücü sistemlər və dronların operativ proqram təminatı ilə riskə məruz qala biləcəyindən narahatdır.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Hindistanla dəniz kəşfiyyatı üzrə "MQ-9B SeaGuardian" pilotsuz uçuş aparatlarının tədarükü üzrə irimiqyaslı saziş imzalamaq istədiyi məlum olub. Bir neçə ilə reallaşdırılacağı gözlənilən sazişin məbləğinin 2-3 milyard dollara çata biləcəyi qeyd olunur.