Hindistan Kiyevə mərmi verib? – Açıqlama

Hindistan Kiyevə artilleriya mərmiləri tədarük etməyib.

Hindistan Kiyevə mərmi verib? – Açıqlama
Hindistan Kiyevə artilleriya mərmiləri tədarük etməyib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu məsələ ilə bağlı mətbuatda da yazılanları gördük. Amma biz bu informasiyanı qəti şəkildə rədd edirik", - məlumatda bildirilib.

Qeyd edək ki, Hindistanın "EurAsian Times" nəşri ölkəni Ukrayna-Rusiya müharibəsində tərəf tutmaqda ittiham edib. Eyni zamanda, Ukrayna ordusunun Hindistan istehsalı olan artilleriya mərmilərindən istifadə etməsi ilə bağlı videolar yayımlanıb.