Hindistanda avtobus qəzaya uğradı - 12 ölü

Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun qəzaya uğraması nəticəsində özəl firmanın ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi məlumat verib.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabildir.

Qəzanın səbəbi müəyyənləşdirilir. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb.