Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Hindistanda dünyanın ən uzun müddət davam edəcək parlament seçkiləri başlayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermə 7 mərhələdən ibarət olacaq.
Belə ki, seçki prosesi 19 aprel, 26 aprel, 7 may, 13 may, 20 may, 25 may və 1 iyun olmaqla növbə ilə ölkənin 28 ştatında və 8 ittifaq ərazisində müxtəlif seçki dairələrində baş tutacaq.
Seçkinin nəticələri isə iyunun 4-də məlum olacaq. Bu, dünyada ən uzun müddət davam edəcək seçkilər hesab edilir.
Ümumilikdə namizədlər parlamentin aşağı palatası Lok Sabhada 543 yer uğrunda mübarizə aparacaqlar. Partiya və yaxud koalisiyalar üstünlüyə nail olmaq üçün azı 271 yer qazanmalıdırlar.