Hindistanda yol qəzası nəticəsində 12 nəfər ölüb
Hindistanın Madhya Pradeş əyalətinin Quna rayonunda avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Press Trust of India" xəbər agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisə axşam saatlarında baş verib. Ağır yanıq xəsarətləri alanlar Güna Rayon Xəstəxanasına yerləşdirilib.