Hindistandan Ukrayna açıqlaması: Hazırıq
Yeni Dehli Ukraynadakı münaqişənin həllində iştirak etməyə hazırdır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bildirib.
"Hindistan münaqişənin sülh yolu ilə həllinə hər cür töhfə verməyə hazırdır. Hindistan Baş naziri Narendra Modi bu yaxınlarda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşlər keçirib", - nazir bildirib.