“Hizbullah” lideri Nəsrullah sağdır: Livanda qəribə şayiələr yayılıb
"Hizbullah" lideri Həsən Nəsrullahın sağ olması ilə bağlı növbəti şayiə dalğası livanlıları yenidən narahat edir.
meqale.com xarici mediaya istinadla bildirir ki, TikTok sosial media platformasında aktiv olan iraqlı şiə ruhani şeyx Nəvrət əl-Bəsri deyib:
"Nəsrullahın harada olması barədə heç bir fikrim yoxdur, lakin şahidlər onu aylardır müxtəlif yerlərdə gördüklərini bildirirlər".
Şeyx iddia edir ki, Həsən Nəsrullah hələ də sağdır, çünki o, İsrail müdafiə qüvvələrinin zərbəsi zamanı öldürülməyib.