Pentaqon ELAN ETDİ: Ukraynanın əks-hücum əməliyyatları üçün...

Birləşmiş Ştatlar Ukraynaya HIMARS və Patriot sistemləri üçün döyüş sursatı da daxil olmaqla, daha 500 milyon dollarlıq hərbi yardım paketi ayırır.

meqale.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, Kiyev həmçinin 30 "Bradley" piyada döyüş maşını, 25 "Stryker" zirehli transportyoru, artilleriya mərmiləri və ehtiyat hissələri alacaq.

"Bunlar Ukraynanın əks-hücum əməliyyatlarını dəstəkləmək və onun hava hücumundan müdafiəsini gücləndirmək üçün lazım olan əsas silahlardır", - məlumatda deyilir.