Hizbullahın hərbi hava qüvvələri komandiri öldürüldü
Livanın Hizbullah hərəkatının hərbi hava qüvvələri komandiri, son aylarda İsrailin şimalında çoxsaylı pilotsuz təyyarə hücumlarına cavabdeh olan Əli Hüseyn Barci öldürülüb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Barcinin hansı şəraitdə öldürüldüyü barədə məlumat verilməyib.
Qeyd edək ki, "Əl-Cəzirə" Arurinin dəfn mərasiminə İsrailin zərbə endirdiyi haqda məlumat yaymışdı.