Hobbi insanı cavanlaşdırır

16 ölkədə yaşlı insanlarda depressiya əlamətlərinin azaldılması üçün hansı hobbi və əyləncə növləri ilə məşğul olduqları barədə tədqiqatlar aparılıb. 

Hobbi insanı cavanlaşdırır
16 ölkədə yaşlı insanlarda depressiya əlamətlərinin azaldılması üçün hansı hobbi və əyləncə növləri ilə məşğul olduqları barədə tədqiqatlar aparılıb. 

meqale.com lente istinadən bildirir ki, "Natu­re Medicine" elmi jurnalında dərc olunan araşdırma üçün ABŞ, Çin, Yaponiya və Avropa ölkələrində orta yaş həddi 71,7 ilə 75,9 arasın­da olan 93 mindən çox insandan asudə vaxtları və maddi durumları ilə bağlı məlumatlar əldə olunub. Müəlliflər belə nəticəyə gəliblər ki, hobbisi olan insanlar özlərini digər həmyaşıdlarına nisbətən daha yax­şı hiss edirlər. 

Məlum olub ki, həmin ahıl şəxs­lər təklikdə və ya başqaları ilə birlikdə incəsənət və sənətkarlıq nümunələri yaratmaq, oxumaq, id­man etmək, bağçılıq, könüllülük və digər sahələrlə məşğul olmaqdan zövq alırlar.

Qeyd edək ki, sorğu nəticəsin­də Almaniyada yaşlı vətəndaşların 90 faizdən çoxu hobbilərinin oldu­ğunu bildirib. İtaliyada isə əksinə, bu rəqəm cəmi 54 faiz, dünyanın ən xoşbəxt ölkələrindən sayılan Danimarkada isə bu rəqəm 96 fa­izdir.