Hollivud ulduzu tanınmaz dərəcədə DƏYİŞDİ - FOTO
Tanınmış Hollivud aktyoru Ceyson Stethem sevgilisi Rozi Hantinqton-Uaytli ilə birlikdə məşhur brendin dəb nümayişində iştirak edib.
meqale.com xəbər verir ki, championat.com-un məlumatına görə, kino ulduzunun görünüşü pərəstişkarlarını təəccübləndirib.
Aktyorun imicində ən çox diqqət çəkən detal onun saqqalı olub. Stethem bir neçə ildən sonra yenidən əvvəlki görkəminə qayıdıb.
Tədbirdə çəkilən fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər aktyoru zarafatla "Qafqazdan olan sadə oğlan"a bənzədiklərini yazıblar.