Hücumda şübhəli bilinən 2 nəfər saxlanıldı
Bryansk vilayətində Crocus City Hall-a hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.
meqale.com APA-ya istinadən bildirir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: ikisi saxlanılıb, daha dörd nəfər isə qaça bilib.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. İndi onlarla təhlükəsizlik işçiləri işləyir - onların terror aktında iştirakı yoxlanılır.