Husilər tərəfindən ələ keçirilən yük gəmisi İsrailə məxsus deyil

Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən "Galaxy Leader" yük gəmisi İsrailə məxsus deyil və onun heyətində İsrail vətəndaşları yoxdur.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bildirib.

"Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilər tərəfindən yük gəmisinin ələ keçirilməsi çox ciddi qlobal hadisədir. Bu, Türkiyəni tərk edən və İsraillilər olmadan beynəlxalq mülki heyətlə Hindistana gedən gəmidir. Bu İsrail gəmisi deyil. Bu İsrail gəmisi deyil", - deyə qeyd olunub.