İbrahim Tatlısəsin qızı məhkəməyə verildi - SƏBƏB

Türkiyəli sənətçi İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs iş yerinin təmiri üçün razılaşdığı usta ilə məhkəməlik olub.

İbrahim Tatlısəsin qızı məhkəməyə verildi - SƏBƏB
Türkiyəli sənətçi İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs iş yerinin təmiri üçün razılaşdığı usta ilə məhkəməlik olub.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, gördüyü işinin qarşılığını ala bilmədiyini iddia edən usta ifaçını məhkəməyə verib.

Belə ki, Dilan ötən ilin martında S.A.Z. adlı şəxslə razılaşıb. İddia olunur ki, usta tapşırığı tamamlasa da, müğənni onun işini bəyənmədiyini deyərək, təxminən 9 min lirə (təxminən 482 manat) qonorarını ödəməyib. Usta bir neçə dəfə onun yanına gedib pulunu istəsə də ala bilməyib.

Bu səbəbdən o, İstanbul Mülki Məhkəməsinə müraciət edib və haqqının qanuni şəkildə, faizi ilə birgə ödənilməsini istəyib. Dilanın ustaya göndərdiyi səsli mesajlar sübut kimi məhəkməyə təqdim olunub.

Şikayətə yaxın günlərdə baxılacaq.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun