İçləri qara olanların üzləri də qaraldı

Ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Nəticələrə görə İlham Əliyev yüksək fərqlə liderdir. Onun layiqli qələbəsi şübhə doğurmur. Ərazi bütövlüyümüzü təmin edib, Xankəndiyə, Xocalıya bayraq sancıb, məhz elə həmin yerdə də səsvermədə iştirak edən İlham Əliyevə xalqın sevgisi bir daha sübut olundu. Bu seçkilər bir daha göstərir ki, xalq dəmir yumruq ətrafında birləşib və birləşməyə də davam edəcək.

Həyatda hər zaman bütün məsələlərdə uğura kölgə salanlar olduğu kimi, bu məsələni də gözdən salmağa çalışan şəxslər var. Hansı ki, bu şəxslər o vaxt Xankəndi, Xocalıya bayraq sancılmamasını əsas gətirərək cəmiyyətdə fikir ayrılığı yaradırdılar. Ərazi bütövlüyümüzün təmin olunmasından sonra bəhanə tapmaqda çətinlik çəkən bu şəxslər aldıqları pulun qarşılığında "işsiz" qalsalar da növbədənkənar prezident seçkiləri onlar üçün yeni bəhanə mənbəyi olmuşdu. Hələ seçkilər başlamamışdan əvvəl bu məsələ barədə mənfi rəy formalaşdırmağa çalışan şəxslər seçki günü də əməllərindən geri qalmadılar.

Ötən gün sosial şəbəkələrdəki görüntülər bir daha sübut edir ki, sapı özümüzdən olan baltalar saxtakarlıqlar etməklə seçkilər barəsində mənfi fikir formalaşdırmağı qarşılarına məqsəd qoyublar. Bir müddət əvvəl bu barədə tapşırıq alan şəxslər seçki günü səs-küy salmaq, prosesi pozmaq, qarşıdurma görüntüsü, süni qalmaqal və problem yaratmağa cəhd göstərdilər. Ciddi fakt tapa bilmədiklərindən bu üsula əl atan şəxslərin hər biri üçün xüsusi vəsait ayrılması şübhə doğurmur.

Seçki günü pozuculuq cəhdlərinə əl atanların hamısının eyni yerdən tapşırıq alması gün kimi aydındır. Bu şəxslərə bütün texniki avadanlıqla təmin olunublar, onlara həmin texniki vasitələrlə necə davranmağın lazım olduğu göstərilib. Onlara xüsusilə ehtiyatlı olmaq tövsiyyə edilib ki, bu da ümumilikdə fəaliyyətin qeyri-leqal xarakter daşımasını təsdiqləyir. Hələ seçkilərdən əvvəl pozuculuq cəhdləri üçün xüsusi şəxslər rəhbər seçilmiş, bunun üçün xaricdən külli miqdarda vəsait ayrılmış şəxslər və qurumlar sırasında Anar Məmmədli, Xədicə İsmayıl, Əli Kərimli, Toplum TV və Azadlıq qəzetinin adı hallanıb.

Seçkilərin nəticəsi AXCP-nin virtual fəaliyyət göstərdiyini, siyasi partiyadan daha çox feyk yayan qrupa bənzədiyini ortaya qoydu. 92.5 faiz səs sübut etdi ki, adıçəkilən partiyaların fikirləri yalnız onların özləri üçün maraqlıdır. Azərbaycan ictimaiyyəti mövqeyini dünən göstərdi.

İslam meqale.com