İcra başçısı qadın müavinini vəzifəsindən azad etdi - FOTO
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.
meqale.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub.
Qeyd edək ki, V.Əsgərli 10 ildən çoxdur icra başçısının müavini vəzifəsində işləyirdi.