İdarə müdirinin görüşünə gələn qadınların geyimi müzakirə yaratdı - FOTOlar
Türkiyənin Ərzurum şəhərində Rayon Əkinçilik və Meşə İdarəsi müdirinin qadın fermerlərlə çəkdirdiyi fotolar müzakirələrə səbəb olub.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, fotolar Ərzurum valiliyinin sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, qurumun müdiri Alparslan Kenger qadın fermerlərlə bir araya gələrək "Beynəlxalq Qadın Fermerlər Günü"nü qeyd edib.
Mərasimə qatılan qadın fermerlər Ərzurumun yerli geyimi olan "ehram" geyiniblər. Onların bu geyimdəki fotoları qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb. Bəzi istifadəçilər xanımların bu geyimini təqdirəlayiq hesab etsə də, digərləri normal qarşılamayıb.