İdarəetmənin düzgün qurulması üçün nə etmək lazımdır? - MÜTƏXƏSSİS RƏYİ

İdarəetmənin məqsədi yalnız resursları doğru istiqamətləndirmək deyil, həm də insanların birgə işləməsini təmin edərək ortaq məqsədlərə çatmaqdır. İdarəetmə effektiv və səmərəli olmalı, həmçinin təşkilatın məqsədlərinə çatmasına yardım etməlidir. 

İdarəetmənin düzgün qurulması üçün nə etmək lazımdır? - MÜTƏXƏSSİS RƏYİ
İdarəetmənin məqsədi yalnız resursları doğru istiqamətləndirmək deyil, həm də insanların birgə işləməsini təmin edərək ortaq məqsədlərə çatmaqdır. İdarəetmə effektiv və səmərəli olmalı, həmçinin təşkilatın məqsədlərinə çatmasına yardım etməlidir. 

Bəs idarəetmənin düzgün qurulması üçün bəzi əsas prinsiplər hansılardır? 

Bu suala doğru cavab tapmaq üçün bu işin mütəxəsisi, Xətai Estetik Klinikasının direktor müavini Əsmər Əliyeva ilə həmsöhbət olduq. 

Həmsöhbətimizin sözlərinə görə, idarəetmə strategiyası, təşkilatın məqsəd və prinsiplərini açıq şəkildə müəyyən etməlidir:

"Bu, işçilərə və digər tərəfdaşlara təşkilatın nə məqsəd güddüyünü göstərir və hər kəsin bu məqsədə yönəlməsini təmin edir. İdarəetmə prosesində gələcək üçün detallı planlar hazırlamaq vacibdir. Bu, həm resurslardan səmərəli istifadə etməyə, həm də gözlənilməz vəziyyətlərə qarşı hazırlıqlı olmağa kömək edəcək. Fərqli şöbələr və komandalarda əməkdaşlıq və koordinasiya təmin edilərsə daha məqsədəuyğun olar. Hər kəsin rolunun aydın şəkildə müəyyən edilməsi, işlərin daha düzgün və sürətli icra olunmasına səbəb olar. İdarəçilər, komanda üzvlərinin motivasiyasını artırmalı, onların inkişafına şərait yaratmalı və güclü liderlik bacarıqları nümayiş etdirməlidir".

Ə.Əliyeva qərarvermə və qiymətləndirmə məsələlərində daha çox diqqətli davranmaq lazım olduğunu vurğuladı.

"İdarəetmə, düzgün və məlumatlı qərarların qəbul edilməsini təmin etməlidir. Bunun üçün menecer və liderlər həm daxili, həm də xarici amilləri nəzərə alaraq qərarlar qəbul etməlidir. Prosesin düzgün aparılmasına nəzarət etməli, performans və nəticələr qiymətləndirilməlidir. Müntəzəm qiymətləndirmələr idarəetmənin daha da təkmilləşməsinə imkan verəcək. Dəyişən şəraitə və bazar tələblərinə uyğunlaşmaq mütləqdir. Çevik və yenilikçi yanaşmalar qəbul etmək, təşkilatın rəqabət qabiliyyətini artırır", - deyə o, qeyd edib.