"İdeal" mağazalar şəbəkəsinin keçmiş rəhbəri həbsdə qaldı

"İdeal" (indiki "Adore") mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum olunmuş keçmiş rəhbəri İlqar İsmayılovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.

"İdeal" (indiki "Adore") mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum olunmuş keçmiş rəhbəri İlqar İsmayılovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.

meqale.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsi onun cəzasının qalan hissəsinin şərti hesab edilməsinə razılıq verməyib.

Qərarda göstərilib ki, İsmayılovun cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, digər əsaslarla azadlığa buraxılması məqsədəuyğun deyil.

Qərara əsasən, ərizə təmin edilməyib və İ.İsmayılov həbsdə qalıb.