İdmançılarımız beynəlxalq turnirdə 7 medal qazanıblar

Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadası davam edir.

İdmançılarımız beynəlxalq turnirdə 7 medal qazanıblar
Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadası davam edir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, cüdoçulardan Ramilə Əliyeva (48 kiloqram) qızıl, Eltac Yusifli (66 kiloqram) gümüş və Elcan Şəfiyev (81 kiloqram) bürünc mükafata sahib çıxıb.

Sərbəst güləşdə isə Camal Abbasov (61 kiloqram) və Sabir Cəfərov (70 kiloqram) birinci, Aydın Əhmədov (125 kiloqram) ikinci, Sahib Dadaşov (79 kiloqram) üçüncü yeri tutub.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək yarışda Azərbaycan 4 idman növündə 38 idmançı ilə təmsil olunur.