İdmançımız Yunanıstanda qızıl medal qazandı - FOTO
Azərbaycan təmsilçisi Əlhəm Nağıyev Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatında qızıl medal qazanıb.
O, 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vurub.
Bu nəticə ilə Nağıyev ümumilikdə 19 idmançının mübarizə apardığı növdə bütün rəqiblərini qabaqlayaraq Balkan çempionatının qızıl medalına sahib çıxıb.