İğtişaşlar görə fövqəladə vəziyyət elan edildi
Keniyada hökumət əleyhinə etirazlara görə fövqəladə vəziyyət elan edilib.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə məsələləri üzrə baş katibi Aden Bare Dualan fərman imzalayıb.
Fərmana əsasən, Keniya Müdafiə Qüvvələri polisə dəstək olmaq üçün mərkəzə yerləşdirilib.
Xatırladaq ki, iyunun 18-də ölkədə əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb. Etirazçılar yeniliyin iqtisadiyyata ziyan vuracağını iddia edirlər.