II Dünya müharibəsi dövrünə aid bomba tapıldı, 200 nəfər təxliyə edildi
Polşanın Skavina şəhərində İkinci Dünya müharibəsi dövrünə aid aviabomba aşkar edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq 200 nəfər təxliyə edilib.
Bildirilir ki, partlamamış bomba şəxsi ərazidə qazıntı işləri zamanı tapılıb.
Bombanın uzunluğunun 1 metrə çatdığı, diametrinin isə 20 santimetr olduğu qeyd olunub. Hazırda bombanın çıxarılması istiqamətində işlər aparılır.