İki güləşçimiz dünya çempionu oldu

Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

İki güləşçimiz dünya çempionu oldu
Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli həlledici qarşılaşmada gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələrək, üçüncü dəfə dünya çempionu olub.

82 kiloqram çəkidə yarışan Rafiq Hüseynov finalda iranlı Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

77 kiloqram çəki dərəcəsində güləşən Sənan Süleymanov isə qızıl medal uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudova sonuncu xal prinsipinə əsasən (1:1) uduzub və ikinci yerlə kifayətlənib.